Türkiyənin zəlzələ baş vermiş 10 əyalətində fövqəladə vəziyyət elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı çıxışında deyib.
Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi zəlzələ bölgəsini əhatə edən 10 vilayətdə tətbiq ediləcək və bu, 3 ay davam edəcək.
Qeyd edək ki, Türkiyədə baş verən zəlzələ nəticəsində 3549 nəfər ölüb, 22 168 nəfər yaralanıb.
Bizim.Media