Türkiyədəki zəlzələ nəticəsində ən çox insan itkisi Hatay bölgəsində qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, bu dəqiqəyə qədər Hatayda dağıntılar altından 872 insanın cəsədi çıxarılıb, 2 766 nəfər isə yaralıdır.
Həmçinin Kahramanmaraş bölgəsində 530 ölü, 2900 yaralı, Osmaniyedə 293 ölü, 1325 yaralı, Adıyamanda 720 ölü, 400 yaralı, Diyarbakırda 92 ölü, 770 yaralı, Şanlıurfada 95 ölü, 1791 yaralı, Qazientepdə 481 ölü, 3890 yaralı, Adanada 146 ölü, 1211 yaralı, Malatyada 166 ölü, 3298 yaralı, Elazığda isə 2 ölü, 376 yaralı qeydə alınıb.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.
Son məlumatlara görə, zəlzələ nəticəsində 3 419 nəfər həlak olub, 20 534 nəfər yaralanıb. Son məlumatlara görə, ölkədə zəlzələ nəticəsində 5775 bina dağılıb.
Bizim.Media
- A-
- A
- A+
Region
13:38 / 07.02.2023
Türkiyədəki zəlzələdə ən çox insan itkisi Hatayda olub
Hazırda oxunan: Türkiyədəki zəlzələdə ən çox insan itkisi Hatayda olub
Hazırda oxunan: Türkiyədəki zəlzələdə ən çox insan itkisi Hatayda olub
118967
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.