Türkiyədə dağıntılar altından 8 mindən çox insan xilas EDİLİB

Hazırda oxunan: Türkiyədə dağıntılar altından 8 mindən çox insan xilas EDİLİB

118959

Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan 8 mindən çox insan xilas edilib.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib.

O bildirib ki, bölgələrdə yollar daim açıq saxlanılmalıdır: “Bu, xilasedicilərin işini asanlaşdırır. Əks halda isə onların hərəkətinə çətinliklər yaranır”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 419 nəfər ölüb, 20 534 nəfər yaralanıb. 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin