Türkiyəyə yardım edən Azərbaycan vətəndaşları tutulan ƏDV-ni banklardan geri alacaq

Hazırda oxunan: Türkiyəyə yardım edən Azərbaycan vətəndaşları tutulan ƏDV-ni banklardan geri alacaq

118957

Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları qardaş ölkədə yaradılmış xüsusi fondlara maddi vəsait və ianələr şəklində dəstək göstərir, və onların hesablarından artıq tutulmuş vergi məbləğlərinin qaytarılması ilə bağlı banklara müraciət edə bilərlər.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu informasiyanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) yayıb.

"Maddi yardım təqdim edən vətəndaşlar elektron ödəniş sistemlərindən istifadə edirlər ki, bu zaman vətəndaşların pul köçürmələrindən vergi tutulması kimi hallar barədə ictimaiyyət arasında məlumatlar yayılıb.
Vergi qanunvericiliyinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Eyni zamanda “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir", - Dövlət Vergi Xidməti bildirib.

Hazırda vətəndaşlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə elektron qaydada aparılan ödənişlər hər hansı elektron ticarət qaydasında göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığından həmin ödənişlərdən ödəməni həyata keçirən banklar tərəfindən 18 % dərəcə ilə ƏDV tutulmur.
"Bu baxımdan vətəndaşların aparılan belə köçürmələr zamanı onların hesablarından artıq tutulmuş vergi məbləğlərinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduqları banklara müraciət etmələri tövsiyə olunur", - deyə mənbə qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin