İran hakimiyyətinə bağlı saxta resurslar Azərbaycana qarşı növbəti dəfə informasiya təxribatı törədib.
Bizim.Media xəbər verir ki, İran mənbələrində guya təcrübəli amerikalı geoloq Ruben Burrelin yaxın günlərdə Bakı şəhərində 6.9 bal gücündə zəlzələ olacağı barədə proqnoz verdiyi və bu məlumatın guya "express.co.uk" saytında dərc edildiyi tirajlanır.
İranla əlaqəli resurların yaydığı bu məlumat saxtadır.
Qeyd edək ki, təcrübəli və tanınmış geoloq olduğu bildirilən Ruben Burrel haqqında internet resurslarında heç bir məlumat aşkar edilməyib. Eyni zamanda qeyd edilən saytda belə bir məlumatın dərc edilmədiyi məlum olub.
Bizim.Media
- A-
- A
- A+
Region
20:25 / 06.02.2023
İrana bağlı resurslardan Azərbaycana qarşı zəlzələ TƏXRİBATI
Hazırda oxunan: İrana bağlı resurslardan Azərbaycana qarşı zəlzələ TƏXRİBATI
Hazırda oxunan: İrana bağlı resurslardan Azərbaycana qarşı zəlzələ TƏXRİBATI
118829
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.