Klassik Azərbaycan şairinin İrandakı məzarı dağıdıldı

Hazırda oxunan: Klassik Azərbaycan şairinin İrandakı məzarı dağıdıldı

118594

XIII əsr Azərbaycan şairi İzəddin Həsənoğlunun İrandakı məzarı dağıdılıb.

Bizim.Media xəbər verir ki, bu barədə folklorşünas alim, AMEA Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamil özünün sosial şəbəkə hesabında məlumat verib.

"Bu səhər isə acı bir xəbər gəldi. Həsənoğlunun qəbirinin dağıdılmış vəziyyətdəki şəkilini göndəriblər. Arzu edərdim ki, ziyalılarımız, rəsmi dairələrimiz bu məsəliyə münasibət bildirərlər", - o qeyd edib.

Qeyd edək ki, İzəddin Həsənoğlu Azərbaycan ədəbiyyatı tarixində ana dilində ilk qəzəlin müəllifidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin