İranda beş qadın namus cinayətinin qurbanı oldu

Hazırda oxunan: İranda beş qadın namus cinayətinin qurbanı oldu

118456

İki həftədən az müddətdə 5 qadın namus cinayətinin qurbanı olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı “Etemad Online” qəzetinə istinadən xəbər verib.

Nəşr yazır ki, namus cinayətlərinin qurbanları adətən qardaşları, ataları, ərləri və ya digər qohumları tərəfindən öldürülən qızlar və ya evli qadınlar olur.

Yayılan statistik məlumatlara əsasən, İranda namus üstündə qətllərin ən çox görülən bölgələri Xuzistan, Kürdüstan, Kermanşah, İlam, Lorestan, Sistan və Bəlucistan, Fars, Şərqi Azərbaycan və Ərdəbil əyalətləridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin