İran rəsmisi Ukraynanı raketlərlə HƏDƏLƏDİ - "Zelenski peşman olacaq"

Hazırda oxunan: İran rəsmisi Ukraynanı raketlərlə HƏDƏLƏDİ - "Zelenski peşman olacaq"

117761

İran nüvə danışıqları qrupunun müşaviri Məhəmməd Mərəndi Ukraynanı raket, dron və müxtəlif İran silahları ilə hədələyib.

Bizim.Media “Al Arabiya”ya istinadən xəbər verir ki, M. Mərəndini narahat edən məqam Prezident Volodimir Zelenskinin ofisinin müşaviri Mixaylo Podolyakın İrandakı dron zərbələrində Ukraynanın rolunun olmasına işarə etməsi olub.

İran rəsmisi deyib ki, Zelenski “belə bir axmaqlıq etməyə peşman olacaq”:

“Zelenski İranın pilotsuz uçuş aparatları, raketləri və digər silahlarının yoxetmə gücünün təcrübəsini görə bilir”.
Qeyd edək ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak İranın müxtəlif şəhərlərində baş verən partlayışları şərh edərkən Ukraynanın daha öncə xəbərdarlıq etdiyini xatırlatmışdı. Kiyev rəsmisinin bu fikirləri həmçinin İran Xarici İşlər Nazirliyində də hiddət doğurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin