Ermənistan parlamentinin aparat rəhbəri Vaan Naribekyan yaxın günlərdə istefa verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Joxovurd” qəzeti yayıb.
Nəşr daha əvvəl xəbər vermişdi ki, parlamentin hakim “Vətəndaş müqaviləsi” fraksiyası yanvarın 30-da bağlı qapılar arxasında iclas keçirib.
Qeyd olunub ki, əsas müzakirə mövzusu fraksiya rəhbəri Ayk Koncoryan, fraksiya katibi Artur Ovannisyan və onların köməkçilərinin təşəbbüsü olub.
Qəzetin yazdığına görə, hakim fraksiyadan olan deputatların köməkçiləri parlamentin sədri Alen Simonyan və Aparat rəhbəri Vaan Naribekyandan mükafat tələb ediblər. Qanuna görə, mükafatlar yalnız dövlət qulluqçularına verilir.
Deputatlar Koncoryan və Ovannisyan öz qarşılarına bu mükafatları nəyin bahasına olursa-olsun almaq vəzifəsi qoyublar, əks halda Aparat rəhbərinin öz komandası ilə işdən çıxarılması şərtini irəli sürüblər.
Nəticədə qapalı keçirilən iclasda deputat köməkçilərinə mükafatların verilməməsi, mövzunun bağlanması, parlamentin aparat rəhbərinin işdən çıxarılması qərara alınıb.
Xatırladaq ki, 2022-ci ilin iyulunda Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatlar Konstitusiya Günü münasibətilə ümumi məbləği 48,8 milyon dram (115 min dollardan çox) məbləğində bonuslar alıblar.
Parlamentarilər aylıq əmək haqqı məbləğində, vergilər çıxılmadan 661 min dram (1,5 min dollardan çox), parlament komissiyalarının rəhbərləri isə vergilər çıxılmadan 739 min dram (təxminən 2 min dollar) mükafat alıblar.
Bizim.Media
- A-
- A
- A+
Region
11:28 / 31.01.2023
Ermənistan parlamentində MÜKAFAT DAVASI: Aparat rəhbəri istefa verəcək
Hazırda oxunan: Ermənistan parlamentində MÜKAFAT DAVASI: Aparat rəhbəri istefa verəcək
Hazırda oxunan: Ermənistan parlamentində MÜKAFAT DAVASI: Aparat rəhbəri istefa verəcək
117584
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.