Araiklə görüş olub, yoxsa ifadəsi alınıb?

Hazırda oxunan: Araiklə görüş olub, yoxsa ifadəsi alınıb?

11716

“12 fevral, cümə günü Azərbaycanın rəsmi nümayəndəsi separatçıların lideri Arayik Arutyunyanla görüşüb”. Bu barədə erməni mediasına Arutyunyanın “mətbuat katibi” Lusine Avanesyan açıqlama verib.

Avanesyan deyib ki, görüşdə humanitar məsələlər - əsirlərin qaytarılması, itkin düşənlərin axtarışı, onların taleləri və s. müzakirə edilib.

Onun sözlərinə görə, söhbət əsasən keçən əsrin 90-cı illərindəki hərbi əməliyyatlardan sonra taleyi naməlum qalan vətəndaşlardan gedib. Avanesyan deyib ki, müzakirələrin təfərrüatları hələlik açıqlanmır.

Erməni KİV orqanları isə hər zamanki kimi bu faktı dərhal Bakı təmsilçisinin saxta “DQR”in “prezident”i ilə görüşü kimi təqdim etməyə başlayıblar.

“Sputnik Armenia” saytı isə bu təxribatçı xəbərə xüsusi don geyindirib və “detallar” adı ilə primitiv saxtakarlıq edib.

Bizim.Media "Yeni Müsavata" istinadən xəbər verir ki, bu barədə Azərbaycan tərəfinin rəsmi açıqlaması olmasa da, Musavat.com müstəqil mənbələrdən maraqlı detallar əldə edib. Məlum olub ki, əslində söhbət görüşdən yox, Azərbaycan tərəfinin tələbi ilə Araik Arutyunyandan cinayət faktı üzrə onda olan məlumatlar haqqında ifadə almaqdan gedir.

Erməni mənbələrinin yaydıqları xəbərdə də vurğulanır: Mövzu 90-cı illərdə, Birinci Qarabağ müharibəsində itkin düşmüş mülki şəxslərin talelərindən gedir. Erməni mediasının “görüş” dediyi prosedurda da söhbətin ancaq bu barədə getdiyi etiraf edilir.

 

Sitat: “Söhbət 90-cı illərdəki hərbi əməliyyatlar zamanı taleyi bilinməyən mülki vətəndaşlardan gedirdi. Müzakirələrin təfərrüatlarının hələ açıqlanmayacağı bildirildi...” (Sputnik Armenia)


Məsələ bundadır ki, Azərbaycan əlində olan erməni terrorçularının (rəsmi rəqəmlərə görə 62, amma 140 nəfər iddiası da vardır -red.) geri verilməsi üçün Ermənistan qarşısında şərtlər qoyub. Bu şərtlərdən biri də budur ki, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, əsir götürülmüş minlərlə mülki azərbaycanlının (4000 civarında-red.) taleyi haqqında məlumat verilsin, onları qətlə yetiriblərsə, kütləvi dəfn olunduqları ərazilərin xəritələri verilsin.

Qeyd olunur ki, Ermənistan Azərbaycanın bu qəti tələbini qəbul edib. Bununla bağlı Azərbaycanın nəzarəti ilə istintaq hərəkətləri başladılıb. Üstəlik də, bu prosesə Ermənistan xüsusi xidmət orqanının yeni rəhbəri Armen Abazyan özü başçılıq edir.

 

Onun, Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradovun və Azərbaycan xüsusi xidmət orqanlarının təmsilçilərinin iştirakı ilə Araik Aryutunyan da bu mövzuda (ehtimalən məlumatlı şəxs qismində) dindirilib.


Proses Rusiya sülhməramlılarının məsuliyyət zonasında həyata keçirilib. Cani Araik Arutyunyan azərbaycanlı itkin mülkilərlə bağlı dindirilib.

Ermənistan mediası isə həmişəki kimi, murdar və yalan xislətini işə salıb. İstintaq prosedurunu “dqr prezidenti”nin Azərbaycan dövlət məmuru ilə görüşü kimi təqdim ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin