12 fevralda Moskvaya yağan qar gündəlik qar rekordunu qırıb.
Bizim.Media "İnterfaks"-a istinadən bildirir ki, paytaxta 9 millimetrliyində qar yağıb. Bu isə fevral ayının dörddə bir normasını təşkil edir.
MÖVZU İLƏ BAĞLI:
Moskvaya son on ilin ən soyuq qışı gəlir
Moskvada hazırkı hava şəraiti sabit olaraq qalır. Yollarda hərəkətin çətinləşməsinin qarşısı alınması üçün qartəmizləyici texnikalar işə cəlb edilib. Paytaxtın hava limanlarında 30-a yaxın uçuş təxirə salınıb.
Sinoptiklərin məlumatına görə, növbəti 2 gün də qarlı və buzlu hava şəraiti davam edəcək. Qeyd edək ki, bu şəhərdə ən güclü qar sonuncu dəfə 1973-cü ildə qeydə alınıb.
Bizim.Media