Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə terror HÜCUMUNU QINADI

Hazırda oxunan: Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə terror HÜCUMUNU QINADI

117022

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qınayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə lideri “Twitter“də bildirib.

“Azərbaycanın Tehran səfirliyinə edilən, təhlükəsizlik əməkdaşının şəhid edildiyi mənfur hücumu şiddətlə qınayıram. Azərbaycanlı qardaşlarımıza başsağlığı diləklərimi çatdırır, yaralılarımıza təcili şəfalar diləyirəm. Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır” – Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını açıqlayıb.  

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin