İrandan Azərbaycana qarşı növbəti TƏXRİBAT – Ermənilərin əli ilə... - VİDEO

Hazırda oxunan: İrandan Azərbaycana qarşı növbəti TƏXRİBAT – Ermənilərin əli ilə... - VİDEO

117020

İran növbəti dəfə Azərbaycana qarşı təxribata əl atıb.

Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, İran hökümətinin icazəsi ilə Tehranda ermənilər  “”Artsax” blokadadan çıxarılsın” şüarı ilə aksiya keçirilir.

Azərbaycanın İrandakı səfirliyində baş verən terror aktından sonra sözügedən şüarlarla aksiyanın keçirilməsi birbaşa terrorçu İran hakimiyyətinin iç üzünü bir daha ictimaiyyətə nümayiş etdirir.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin