Azərbaycanın İrandakı səfirliyinin əməkdaşının hücum anında baş verənlərlə bağlı İran polisinə verdiyi ifadənin görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, səfirliyimizin əməkdaşı qatilin səfirliyə maşınla daxil olduğunu, yanında başqa bir xanımın da olduğunu bildirib:
“Orxan istədi ki, içəri girsin. O isə arxadan avtomatla atəş aça-aça gəlirdi. Orxan geri qayıdan zaman arxadan başından vurdular”.
Səfirliyin əməkdaşı qatilin onu da hədəf almaq istədiyini, lakin üzərinə gedərək ona mane olduğunu bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinin binasına silahlı hücum edilib. Hadisə nəticəsində səfirliyin bir əməkdaşı ölüb, iki nəfər isə yaralanıb.
Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media