İrandakı səfirliyimizə silahlı hücumla bağlı Tehran polisindən İLK AÇIQLAMA 

Hazırda oxunan: İrandakı səfirliyimizə silahlı hücumla bağlı Tehran polisindən İLK AÇIQLAMA 

116928

“Bu gün səhər saatlarında bir nəfər Azərbaycan səfirliyinə daxil olaraq odlu silahdan atəş açıb, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb”.

Bizim.Media "mehrnews"a istinadən xəbər verir ki, bu barədə Tehran şəhər polis rəisi Sərdar Hüseyn Rəhimi açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən və yaralılar var - VİDEO


“Polisin sürətli müdaxiləsi ilə hücum edən şəxs dərhal yaxalanıb və barəsində araşdırmalar davam edir. Bu şəxs iki azyaşlı uşağı ilə səfirliyə daxil olub. İlkin istintaqda hücum edən şəxs səbəb kimi şəxsi və ailə problemlərinin olduğunu bildirib” - deyə Rəhimi qeyd edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinin binasına silahlı hücum edilib. Hadisə nəticəsində səfirliyin bir əməkdaşı ölüb, iki nəfər isə yaralanıb. 

Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin