Ukrayna televiziyası “acından ölən” Qarabağ ermənilərinin yalanlarını ifşa etdi – VİDEO

Hazırda oxunan: Ukrayna televiziyası “acından ölən” Qarabağ ermənilərinin yalanlarını ifşa etdi – VİDEO

116797

Ukrayna Ali Radasının deputatı Volodimir Kreydenko Laçın yolunda ekoloji fəalların etirazları nəticəsində Qarabağda “acından ölən” ermənilərin təbliğatını yoxlamaq fikrinə düşüb.  Belə ki, o, internet vasitəsilə Xankəndidə fəaliyyət göstərən iaşə xidmətlərindən yemək sifariş edib və müsbət cavab alıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı material Ukraynanın “Canlı” telekanalının efirində yayımlanıb.

"Bu sosial eksperimenti YouTube-da görə bilərik. İnternetlə yemək sifariş edirik və lazım olan hər şeyin gətiriləcəyini deyirlər.

Bu isə bölgədə heç bir humanitar fəlakətin olmadığını göstərir. Regionda guya ərzaq çatışmazlığı və enerjiyə qənaətə görə iaşə müəssisələri işləmir.  Əslində isə belə xəbərlər yalandır. Digər telekanalların yaydığı videolarda aydın görünür ki, Xankəndidə həyat əvvəlki kimi qaynayır, insanlar işə gedib gəlir, heç bir növbə yoxdur”, deyə deputat qeyd edib.

Vladimir Kreydenko “Canlı” kanala verdiyi müsahibəsində vurğulayıb ki, Xankəndi şəhərində yerli iaşə müəssisələri hər zövqə uyğun geniş çeşiddə yeməklər təklif edir, vaxta və ziyarətçilərin sayına məhdudiyyət qoymadan işləyir.
“Yeri gəlmişkən, hazırda Azərbaycan Rusiya Federasiyasının regionda vəziyyəti pozmaq cəhdlərinə qarşı çıxır, azad, sivil dünyanın demokratik dəyərləri uğrunda mübarizədə Ukraynanı dəstəkləyir”, - material bu sözlərlə yekunlaşır.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin