Robert Köçəryanın “Ermənistan” fraksiyasının lideri, hərbi cinayətkar Seyran Ohanyanın deputat toxunulmazlığından məhrum ediləcəyi gözlənilir. Bunun Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın təqsirləndirilən şəxs qismində ittiham olunduğu cinayət işi ilə bağlı olduğu deyilir.
Bizim.Media xəbər verir ki, informasiya İrəvanın “Hraparak” qəzetində yer alıb.
Bir müddət əvvəl “Ermənistan” fraksiyasının deputatı Aqnes Xamoyan bildirmişdi ki, Ohanyan ona qarşı açılmış cinayət işi üzrə materiallarla tanış ola bilmir.
Ohanyanın deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı üç vəsatət verilib, onlardan biri “gizli” rejimdə olub.
Nəşr xatırladır ki, yanvarın 20-də Ermənistanın baş prokuroru Anna Vardapetyan Seyran Ohanyana qarşı cinayət işinin başlanmasına razılıq verilməsi üçün parlament sədri Alen Simonyana üç vəsatət təqdim edib.
Baş Prokurorluğun birinci vəsatətinə əsasən, Ohanyan müdafiə naziri olarkən külli miqdarda (işin iki epizodu) vəsaiti “ələ keçirib”, habelə vəzifəli şəxslərin mənafeyinə zidd hərəkətlər edib.
İkinci və üçüncü vəsatətlərə görə, Ohanyan öz xidməti vəzifələrini yerinə yetirməyib, bu isə ağır nəticələrə gətirib çıxarıb, habelə yenidən xüsusi külli miqdarda əmlak mənimsənilib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:02 / 26.01.2023
Hərbi cinayətkar Ohanyan deputat toxunulmazlığından məhrum ediləcək
Hazırda oxunan: Hərbi cinayətkar Ohanyan deputat toxunulmazlığından məhrum ediləcək
Hazırda oxunan: Hərbi cinayətkar Ohanyan deputat toxunulmazlığından məhrum ediləcək
116737
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.