Ermənistanda hamı Vardanyanın əleyhinədir – SƏBƏB

Hazırda oxunan: Ermənistanda hamı Vardanyanın əleyhinədir – SƏBƏB

116635

Qarabağdakı qondarma rejimin “dövlət naziri” Ruben Vardanyana qarşı Ermənistanda bir neçə “müxalifət mərkəzləri” yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Hraparak” qəzeti mənbələrinə istinadən yayıb.

Nəşr bu “mərkəzlərin” motivlərinin müxtəlif olduğunu qeyd edir. 

Birincisi, Ermənistan hakimiyyəti Vardanyanın qalib kampaniyasının qarşısını almağa, bütün vasitələrlə onu ləkələməyə, İrəvana köç etməsinin qarşısını almağa çalışır. Onların fikrincə, Vardanyanın İrəvana gəlişi ölkə iqtidarına (xüsusilə Nikol Paşinyana – red)  təhlükə yaradacaq.

Digər narazı qrup isə dövlət aparatının keçmiş nümayəndələri, həmçinin dövlət büdcəsindən maliyyələşən qeyri-hökumət təşkilatlarının (QHT) üzvləridir.

Onların bir çoxları Vardanyanın gəlişindən sonra işlərini və gəlirlərini itiriblər.

Qəzetin yazdığına görə, Vardanyan onların hamısının “fəaliyyətlərinin” öyrənilməsini tapşırıb və toplanan dəlillər hər an cinayət işləri üçün əsas ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin