Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycanla sərhəddə Ermənistana göndəriləcək monitorinq missiyası üzərində işini davam etdirir.
Bizim.Media RBK-ya istinadən xəbər verir ki, bu barədə yanvarın 24-də KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.
O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-yə sorğu təqdim etdikdən sonra Kollektiv Təhlükəsizlik Şurası “Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında” qərar layihəsi hazırlayıb.
Qərar Ermənistan-Azərbaycan sərhədinə KTMT-nin müvəqqəti monitorinq missiyasının göndərilməsini nəzərdə tutur.
Bizim.Media
- A-
- A
- A+
Region
23:47 / 24.01.2023
KTMT Paşinyanın sorğusuna CAVAB VERDİ
Hazırda oxunan: KTMT Paşinyanın sorğusuna CAVAB VERDİ
Hazırda oxunan: KTMT Paşinyanın sorğusuna CAVAB VERDİ
116494
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.