İranda etirazçılara verilən HƏBS CƏZASI - 12330 ay

Hazırda oxunan: İranda etirazçılara verilən HƏBS CƏZASI - 12330 ay

116421

"İranda etirazçılara ümumilikdə 12330 ay həbs cəzası verilib".

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı HRANA nəşri yayıb.

Mənbə yazır ki, İranda etirazların başlamasından 4 ay keçdikdən sonra İranla Qərb arasında gərginlik pik həddə çatıb. 
Avropa Birliyinin Nazirlər Şurası dünən insan haqlarının pozulmasına görə 18 şəxsi və 19 qurumu sanksiyalar siyahısına əlavə edib. 

Həmçinin ABŞ Maliyyə Nazirliyi etirazları yatırdığı üçün İranın 10 yüksək vəzifəli şəxsini və SEPAH-ın Kooperasiya Fondunu boykot edib.

Eyni zamanda, Avropa Parlamenti qəbul etdiyi qətnamədə SEPAH-ı qurumun terror təşkilatları siyahısına daxil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin