Basarkeçərdə diri-diri yanan erməni əsgərlər zəhərləniblər – Valideynlərin ETİRAZI

Hazırda oxunan: Basarkeçərdə diri-diri yanan erməni əsgərlər zəhərləniblər – Valideynlərin ETİRAZI

116362

Basarkeçər rayonunun Ağkilsə kəndində kazarma kimi istifadə edilən mal damında diri-diri yanan erməni əsgərlərin valideynləri istintaqın versiyasına inanmırlar. Onlar övladlarının zəhərləndiklərini iddia edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Hraparak” nəşri yayıb. 

Rostom Asryanın atası Artak hesab edir ki, əsgərlər zəhərlənib, yanğın başlayanda onlar artıq ölüblər. Deyir ki, hərbçilərin yaşadığı ev ağacdan tikilib və köhnə olub: “Qapılar bir neçə nəfər tərəfindən asanlıqla sındırıla bilərdi”.
Ölən gənc Vard Asryanın anası inanmır ki, əsgər beş litrlik benzin qutusu ilə sobanı yandırmağa cəhd etsin. 

O anlamır ki, yanğın zamanı bayırda pəncərələri sındıran insanların qışqırığından niyə gənc oğlanlar oyanmayıblar. 

Valideynin fikrincə, əsgərlər zəhərin təsirindən sadəcə olaraq yatıblar. 

Xatırladaq ki, yanğında 15 əsgər ölüb. Xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır. Hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 8 zabit də işdən çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin