Ermənistan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə elektrik enerjisini kəsdi

Hazırda oxunan: Ermənistan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə elektrik enerjisini kəsdi

115865

Rusiya sülhməramlı Kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində elektrik enerjisinin verilişi dayanıb.

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, Ağdərə qəsəbəsi, Xocalı və şəhərin Əsgəran qəsəbəsi, həmçinin ətraf kəndlərində işıqların söndürüldüyü müşahidə olunur.

Bundan başqa Xankəndi şəhəri də buradakı seperatçı rejim tərəfindən qaranlığa qərq olub. Artıq sözügedən faktla bağlı erməni mediası da məlumat yayıb.
Məlumatda bildirilir ki, Xankəndidə gündə iki dəfə hərəsi 3 saat olmaqla elektrik enerjisinin verilişində fasilə yaranacaq. Qondarma rejim bunun sabah saat 08:00-dan başlayacağını bildirib.

Faktiki olaraq isə hal-hazırda yuxarda sadalanan yaşayış məntəqələrinin işığı kəsilib.  

Ehtimal olunur ki, qanunsuz rejim bu addımı azərbaycanlı fəalların Xankəndi-Laçın yolunda keçirdiyi dinc aksiyaya müəyyən müdaxilə etmək və diqqəti bu yolla əraziyə yönəltmək məqsədi daşıyır.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin