Ermənistan Müdafiə Nazirliyinin bölmələrindən birinin şəraiti ilə bağlı fotolar yayılıb.
Bizim.Media xəbər verir ki, acınacaqlı vəziyyətdə olan hərbi hissənin fotoları Ermənistanın “Telegram” kanallarında yayılıb.
Məlumata görə fotolar Sünikdə yerləşən hərbi hissədən birinə məxsus bölmədə çəkilib.
Qeyd olunan faktlarla bağlı yerli KİV-ə açıqlama verən Ermənistan müdafiə nazirliyinin sözçüsü Aram Torosyan faktın araşdırıldığını deyib.
Qeyd edək ki, Basarkeçərin Azad kəndində baş verən yanğın hadisəsindən sonra Ermənistan ordusunun bölmələrində olan çətinliklər və şəraitsizliklər ordu daxilində ciddi çaxnaşmaya səbəb olur.
Ermənistan hökuməti bunu nə qədər gizlətməyə çalışsa da sosial şəbəkə fəalları sadalanan halları faktlarla təqdim edir.
Elgün Gəncimsoy, Bizim.media, Qarabağ bürosu

- A-
- A
- A+
Region
22:39 / 20.01.2023
Ermənistanın Ordusu kimi hərbi hissələri də ACINACAQLI VƏZİYYƏTDƏ - FOTO
Hazırda oxunan: Ermənistanın Ordusu kimi hərbi hissələri də ACINACAQLI VƏZİYYƏTDƏ - FOTO
Hazırda oxunan: Ermənistanın Ordusu kimi hərbi hissələri də ACINACAQLI VƏZİYYƏTDƏ - FOTO
115860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.