Sovet və gürcü incəsənətinin görkəmli nümayəndəsi, əfsanəvi müğənni və aktyor Vaxtanq (Buba) Kikabidzenin vida mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, Tbilisidəki Böyük Konsert Salonunda keçirilən mərasimdən sonra onun Gürcüstan və Ukrayna bayraqları ilə örtülmüş tabutu "Çito-Qrito" mahnısının sədaları altında son mənzilə yola salınıb.
Vida mərasimində minlərlə Tbilisi sakini, Gürcüstanın ictimai-siyasi xadimləri, aktyorun həmkarları, xarici ölkələrin diplomatları iştirak ediblər.
Vaxtanq Kikabidze Tbilisidəki Veriyski qəbiristanlığında dəfn edilib.
Bizim.Media