Akar: “Hansı ölkəyə getsəniz, mütləq bir türklə qarşılaşacaqsınız”

Hazırda oxunan: Akar: “Hansı ölkəyə getsəniz, mütləq bir türklə qarşılaşacaqsınız”

115170

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Böyük Britaniyanın müdafiə naziri Ben Uolles ilə dünən keçirdiyi görüşdən sonra Londondakı təmaslarını tamamlayıb və Çexiyanın paytaxtı Praqaya uçub. Vatslav Havel hava limanında Akarı Çexiya müdafiə nazirinin müavini Daniel Blazkovec, Türkiyənin Praqadakı səfiri Egemen Bağış və digər rəsmi şəxslər qarşılayıb.

Səfirlik İqamətgahına gedən nazir onun şərəfinə verilən ziyafətdə Türkiyə ictimaiyyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “trthaber.com” saytında yer alıb.

Akar çıxışında xaricdə yaşayan türklərin uğurlarından söz açıb.

“Hansı ölkəyə getsəniz, mütləq bir türklə qarşılaşacaqsınız. Siz türklərin yaratdığı toplumları və bu toplumların uğurlarını görürsünüz. Bununla bağlı ən mühüm məsələ odur ki, bu toplumlar lazımi əlaqələri qursunlar və Türkiyənin haqlı səsini bütün dünyaya eşitdirsinlər”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin