Müharibənin uzanması Ermənistanı milli fəlakətə aparacaqdı - Rusiyalı ekspert

Hazırda oxunan: Müharibənin uzanması Ermənistanı milli fəlakətə aparacaqdı - Rusiyalı ekspert

11507

Prezident İlham Əliyev Azərbaycan xalqının Qarabağı geri qaytarmaq arzusunu reallaşdırdı, həm də atasının vəsiyyətini yerinə yetirdi.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist, politoloq Daniil Rubinoviç AZƏRTAC-a müsahibəsində bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

Rusiyalı ekspert: “Ermənistanın məğlubiyyət səbəbi...”


Daniil Rubinoviç vurğulayıb ki, Ermənistanın XX əsrin sonlarında apardığı etnik təmizləmə Dağlıq Qarabağın monoetnik bölgəyə çevrilməsinə səbəb olub.

Politoloq qeyd edib ki, Birinci Qarabağ müharibəsindən sonra Ermənistan və Azərbaycan iki fərqli yol tutdular. Ermənistan daxili siyasi çəkişmələrə qərq oldu, iqtisadiyyatı, bank sistemini və ordunu məhv etdi, bu da əhalinin kütləvi şəkildə mühacirətinə gətirib çıxardı.

Azərbaycan isə Heydər Əliyevin və daha sonra hazırkı Prezident İlham Əliyevin sakit və inamlı daxili siyasəti sayəsində iqtisadi və hərbi potensialını əhəmiyyətli dərəcədə artırdı. İki ölkənin inkişafındakı fərqi Azərbaycanın Qarabağdakı ərazilərinin bir hissəsini geri qaytardığı dördgünlük Aprel döyüşləri də göstərdi. Bu, bir növ güc sınağı idi.

Jurnalist bildirib ki, İkinci Qarabağ müharibəsi Ermənistan ordusunu fəlakətə gətirdi. Azərbaycan Ordusu tamamilə üstünlük təşkil edirdi. Həm texniki üstünlüyü, həm də parlaq taktiki işi qeyd etmək lazımdır.

Azərbaycan onsuz da qələbə qazanacaqdı. Çünki onun demoqrafik, iqtisadi və hərbi potensialı Ermənistanla müqayisədə qat-qat çoxdur. Lakin Ermənistanın dinc Azərbaycan şəhərlərinə raket hücumlarını da nəzərə alaraq qələbənin daha çox qan bahasına qazanılacağı aydın idi.

Atəşkəs şərtlərinə görə, Azərbaycan müharibəyə davam etmədən və əlavə itkilər vermədən torpaqlarının əhəmiyyətli bir hissəsini geri qaytardı və Ermənistan ərazisindən keçməklə Naxçıvanla nəqliyyat dəhlizi əldə etdi. Beləliklə, atəşkəs razılaşması Azərbaycana daha çox üstünlük verdi. Müharibənin uzanması isə Ermənistanı milli fəlakətə aparacaqdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin