Sovet və gürcü müğənnisi, bəstəkar, kinoaktyor, ssenarist, kinorejissor Vaxtanq Kikabidze vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan televiziyası yayıb. Mərhumun 85 yaşı var idi.
Qeyd edək ki, Vaxtanq Konstantinoviç Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib.
Onun kinodakı ilk debütü 1966-cı ildə "Dağlarda görüş" filmindən başlayır. Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.
Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.
2018-ci ilin yanvarında Qəbələ XII Beynəlxalq "Veselo" Yumor və Musiqi Festivalı çərçivəsində Vaxtanq Kikabidzenin solo konserti keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Region
14:50 / 15.01.2023
Gürcü müğənnisi Vaxtanq Kikabidze vəfat etdi
Hazırda oxunan: Gürcü müğənnisi Vaxtanq Kikabidze vəfat etdi
Hazırda oxunan: Gürcü müğənnisi Vaxtanq Kikabidze vəfat etdi
114868
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.