Gürcüstan Ukraynaya hərbi yardım göstərməkdən imtina etdi

Hazırda oxunan: Gürcüstan Ukraynaya hərbi yardım göstərməkdən imtina etdi

114858

Gürcüstan münaqişədə iştirak etmək istəmədiyi üçün Ukraynaya hərbi yardım göstərməkdən imtina edib.

Bizim.Media xəbər verir ki bu barədə TASS baş nazirin müavini, mədəniyyət, idman və gənclər naziri Tey Tsulukianinin bəyanatlarına istinadən məlumat yayıb.

Bundan əvvəl Ukrayna prezident administrasiyasının müşaviri Mixail Podolyak Gürcüstanın “Buk” zenit-raket kompleksini Kiyevə verməkdən imtina etməsinə reaksiya verib.

Podolyakın sözlərinə görə, on ay yarım davam edən müharibədən sonra da Gürcüstan hökuməti hansı tərəfdə olacağına qərar verə bilmir.

Jurnalistlərlə söhbəti zamanı siyasətçi qeyd edib ki, hakimiyyət Gürcüstan dövlətinin hərbi qarşıdurmaya cəlb olunmasına imkan verməyəcək. Bu səbəbdən də ölkə hərbi əməliyyatlarda iştirak edən tərəflərdən birinə hərbi yardım göstərməyi planlaşdırmır.
Yanvarın əvvəlində Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov “European Pravda” qəzetinə yazdığı məqalədə bildirib ki, Kiyev Tbilisidən 2008-ci ildə hərbi əməliyyatlar zamanı Gürcüstana verilmiş “Buk” zenit-raket komplekslərini geri qaytarmağı xahiş edib. Lakin Gürcüstan Ukraynaya silahları qaytarmaqdan imtina edib, çünki 2007-ci ildə silahların pulunu ödəyib və pulsuz almayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin