Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyi tanınmış şair Şöhlət Əfşar və akademik Yaqub Mahmudov adına xüsusi mükafat təsis edib.
Bizim.Media xəbər verir ki, Dünya Avşarlar Dərnəyinin rəhbəri Şeref Kocakayanın verdiyi məlumata görə, yeni mükafata tanınmış aktyor Kıvanc Tatlıtuğ və yazıçı Burak Ballı layiq görülüblər.
Qeyd edək ki, Şöhlət Əfşar və Yaqub Mahmudov Dünya Avşarlar Dərnəyinin fəaliyyətində fəal iştirak edib.
Onların səyi ilə dərnəyin Bakıda və Adanada “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi Azərbaycan sərkərdəsi” mövzusunda beynəlxalq elmi konfransı keçirilib.
Adanadakı konfransdan (29.01.2022) sonra onlar koronavirusa yoluxub və Ş.Əfşar 6 fevral 2022-ci ildə Çuxurova Universitetinin Xəstəxanasında vəfat edib, Y.Mahmudov isə sağalaraq Vətənə dönüb.
Bizim.Media
- A-
- A
- A+
Region
22:19 / 14.01.2023
Türkiyədə \"Şöhlət Əfşar və Yaqub Mahmudov\" mükafatı yaradıldı
Hazırda oxunan: Türkiyədə \"Şöhlət Əfşar və Yaqub Mahmudov\" mükafatı yaradıldı
Hazırda oxunan: Türkiyədə \"Şöhlət Əfşar və Yaqub Mahmudov\" mükafatı yaradıldı
114804
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.