Ermənilərin ETİRAFLARI: “Bakı Brüssel və Vaşinqtonda mühüm tərəfdaş kimi qəbul edilir”

Hazırda oxunan: Ermənilərin ETİRAFLARI: “Bakı Brüssel və Vaşinqtonda mühüm tərəfdaş kimi qəbul edilir”

114705

“Təkcə demokratiya və insan haqları Ermənistanı ABŞ və Aİ-nin gözündə müttəfiq etmir, çünki real siyasət prinsipləri həmişə dəyərlərə hakimdir. Ermənistanın Qərbdən heç bir illüziyası və böyük gözləntiləri olmamalıdır”.

Bizim.Media xəbər verir ki, bunu politoloq, Ermənistan-Amerika Araşdırmaları İnstitutunun direktoru Suren Sarkisyan söyləyib.

O əlavə edib ki, Ermənistanda belə bir yanlış fikir var ki, Qərb gəlib bizi hər mənada və hərbi mənada qorumağa borcludur:

“Burada isə bir sual yaranır: Qərb bizə görə nəyə görə Türkiyə ilə pis olmalıdır? Axı, onlar strateji müttəfiqdirlər”.

Erməni politoloq Rusiya və KTMT-yə qarşı tənqidi ritorikalara da kəskin münasibət bildirib:

“Anlamaq lazımdır ki, KTMT-dən hipotetik çıxmaq Ermənistana heç nə verməyəcək. Ermənistan NATO-ya, yoxsa Avropa İttifaqına daxil olacaq? Qəbul etməliyik ki, Bakı Brüssel və Vaşinqtonda mühüm tərəfdaş kimi qəbul edilir”.

Sarkisyan əmindir ki, İrəvan siyasətini dəyişməlidir. Əks təqdirdə ölkəsi daha çətin günlərlə üz-üzə qalacaq.

Nəzərə alaq ki, bu gün erməni cəmiyyətində Sarkisyan kimi düşünənlər çoxdur. Bu isə reallıqlardan doğur. Erməni diasporu və xarici havadarlar daha əvvəlki kimi Ermənistanı müdafiə etmir. Daha doğrusu edə bilmir. Çünki, regionda çox ciddi siyasi proseslər gedir.

Azərbaycan regionun artıq vacib oyunçusuna çevrilib. Həm Qərb, həm də ki, Şərqdəki böyük dövlətlər Azərbaycanla razılaşmaq zorunda qalıb. Belə vəziyyətdə isə heç kim Ermənistana görə regionun aparıcı oyunçusu ilə münasibətlərini korlamaq istəmir.
Ona görə də Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanın sülh şərtləri ilə razılaşmaqdır. Yalnız sülh müqaviləsindən sonra Ermənistan üçün yeni imkanlar açıla bilər. Əks təqdirdə, Ermənistan daha ağır günlərlə mücadilə etmək zorunda qalacaq.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin