İranın futbol klublarına Asiya Çempionlar Liqasına qatılmaq üçün lisenziya verilməyə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə yanvarın 9-da İran Futbol Federasiyasının sədri Mehdi Tac bildirib.
"Əvvəllər klublar qadağa riski ilə üzləşirdi. Bundan sonra peşəkarlıq lisenziyaları sənədlərinin saxtalaşdırılması ilə bağlı hər hansı qayda pozuntusu müşahidə olunarsa, klublarla yanaşı futbol federasiyasının da fəaliyyəti 3 il müddətinə dayandırılacaq”.
Qeyd edək ki, Tehranın “İstiqlal” və “Persepolis” klublarının peşəkar lisenziya maddələri ilə bağlı saxta sənədlər təqdim etdiyinə görə iki il öncə Asiya Futbol Konfederasiyası tərəfindən fəaliyyəti dayandırılıb və bu qadağa son günlər aradan qaldırılıb.
Bizim.Media
- A-
- A
- A+
Region
14:20 / 11.01.2023
İran futbol klubları beynəlxalq yarışlardan uzaqlaşdırıla bilər
Hazırda oxunan: İran futbol klubları beynəlxalq yarışlardan uzaqlaşdırıla bilər
Hazırda oxunan: İran futbol klubları beynəlxalq yarışlardan uzaqlaşdırıla bilər
114200
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.