İranın İlam əyalətinin Abdanan və Dehloran şəhərlərindəki təcridxanalarda saxlanılan 10 müttəhim saxlanma şəraitinə və qeyri-müəyyən müddətə tutulduqlarına etiraz olaraq aclıq aksiyası keçirir.
Bizim.Media “Radio Farda”ya istinadən xəbər verir ki, onlar həmin şəhərlərdə Tehran rejiminin tətbiq etdiyi qadağalara qarşı keçirilən etiraz aksiyaları zamanı tutulub.
Belə ki, Aşkan Əhmədi, Saman Moradi Vandan, Motabi Mohammadoli, Saman Qasemi, Milad Ənsari, Puya Mahmudnejad, Ramin Salmani və Sajjad Camali Abdananda, Əkbər Dərvişi və Əmir Əkrəmi isə Dehloranda həbs ediliblər.
Məlumata görə, onların bəziləri üç aydan artıqdır həbsdədirlər.
İlam əyalətin prokurorluğu və ETTELAAT İdarəsi onlar barəsində həbs qərarının dəyişdirilməsinə və həmin şəxslərin zaminə buraxılmasına icazə vermir.
Bundan əvvəl isə Kərəcdəki həbsxanada bir qrup qadın aclıq aksiyasına başlayıb. Qadın müttəhimlər də saxlanma şəraitinə və qanunsuz həbslərə etiraz edirlər.
Bizim.Media
- A-
- A
- A+
Region
10:47 / 10.01.2023
İranda müttəhimlər aclıq aksiyasına BAŞLADI
Hazırda oxunan: İranda müttəhimlər aclıq aksiyasına BAŞLADI
Hazırda oxunan: İranda müttəhimlər aclıq aksiyasına BAŞLADI
113943
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.