Ukrayna Saakaşvilini üçüncü ölkəyə göndərməyi TƏKLİF EDİR

Hazırda oxunan: Ukrayna Saakaşvilini üçüncü ölkəyə göndərməyi TƏKLİF EDİR

113919

Ukrayna rəsmi olaraq Mixail Saakaşvilini müalicə üçün Ukraynaya və ya hər hansı üçüncü ölkəyə göndərməyi təklif edir.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bunu Gürcüstanın İctimai Televiziyasına müsahibəsində Ukrayna prezidentinin ofisinin müşaviri Mixail Podolyak deyib.

O, qeyd edib ki, Rusiyadan fərqli olaraq, Ukrayna “başqa ölkələrin suveren işlərinə” qarışmır və heç bir məsləhət vermir:

“Bizim Saakaşvilinin Ukraynaya verilməsi təklifi rəsmidir”.

Podolyak da rəsmi açıqlamalardan daha radikal olan şəxsi mövqeyini də bildirib. 

O, hesab edir ki, “hakimiyyət qəsdən Gürcüstanı tarixə qara ləkə kimi, prezidentinə həbsxanada qəsdən işgəncə verən dövlət kimi təqdim etmək istəyir”.
“Ən yaxşı variant bu şəxsi istənilən ölkəyə göndərməkdir. İstəsəniz, şəxsən gəlib apararam. Bu, heç də problem deyil. Mən sadəcə onların (Gürcüstan hakimiyyətini nəzərdə tutur) motivasiyasını başa düşmək istəyirəm”, - Podolyak əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin