İran polisi azərbaycanlı üç uşaq atasını öldürdü - SƏBƏB 

Hazırda oxunan: İran polisi azərbaycanlı üç uşaq atasını öldürdü - SƏBƏB 

113902

Güney Azərbaycanın Təbriz şəhərində etiraz aksiyalarında iştoirak etmiş üç uşaq atası Heydər Əzimi Qayabaşı təcridxanada işgəncə ilə öldürülüb. 

Bizim.Media xəbər verir ki, bu barədə GünAzTV məlumat yayıb. 

Bildirilib ki, o, ötən il dekabrın əvvəlində Təbrizdə keçirilən etiraz aksiyalarında həbs edilib. İran təhlükəsizlik idarəsinin təcridxanasında saxlanılı və orada işgəncə ilə qətlə yetirilib. 

Hakimiyyət onun meyitini yanvarın 2-də təhvil verərkən ailəsini hədələyərək ictimailəşdirilməməsini tələb edib. Bu səbəbdən onun ölümü haqqında xəbər gec yayılıb. 

Qeyd edilib ki, Heydər Əzimi Qayabaşı bir neçə etirazçı ilə birlikdə aksiyalarda naməlum şəraitdə öldürülən BƏSİC üzvünün qətlinə görə saxlanılmışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin