Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyəti regionda vəziyyətin normallaşmasına istiqamətlənmiş yaxşı nümunədir.
Bizim.Media-nın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində “Türkiyənin Cənubi Qafqazda hərbi mövcudluğunun güclənməsindən Rusiya qorxmur?” sualına cavabında söyləyib.
MÖVZU İLƏ BAĞLI:
“Türkiyənin Qarabağda biləyini bükə bilməyənlər bizi yıxmağa çalışır” - Ərdoğan - FOTO
O, rəsmi Ankara ilə regionda hərbi əməkdaşlığın Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi çərçivəsində qurulduğunu qeyd edib:
“Belə mərkəzin açılmasına regiondakı vəziyyətin normallaşmasına istiqamətlənmiş birgə səylərə yaxşı nümunə kimi baxırıq”.
Bizim.Media