İrandan Türkiyəyə qaz ixracı 70 % AZALDI

Hazırda oxunan: İrandan Türkiyəyə qaz ixracı 70 % AZALDI

113595

Bu il yanvarın 1-dən Gürbulak-Ağrı giriş nöqtəsindən Türkiyəyə İran təbii qazının nəqli 70 % azalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Boru Xətləri ilə Neft Nəqli Anonim Şirkəti (BOTAŞ) məlumat yayıb.

Bildirilir ki, azalmaya səbəb İranın qazötürücü sistemində yaranan nasazlıqdır.

“Problemin qısa müddətdə aradan qaldırılması üçün iranlı həmkarlarımızla əlaqə saxlanılıb və məsələni diqqətdə saxlayırıq. Bunun ölkədə təbi qaz istehlakına mənfi təsir etməməsi üçün lazımi tədbirlər görülüb, əlavə qaz tələbatımız qaz anbarlarından qarşılanılır", - şirkətin məlumatında deyilir.
Qeyd edək ki, ötən ilin yanvarında İran tərəfində qazötürücü sistemində yaranan texniki problemlər səbəbindən Türkiyəyə qazın nəqli 10 gün müddətinə dayandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin