Türkiyədə səfərdə olan bir qrup Vətən müharibəsi qaziləri Mersin və Adana şəhərlərindən sonra Ceyhan rayonunda olublar.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, nümayəndə heyəti Ceyhanın azad olunmasının il dönümündə iştirak etdikdən sonra ümummilli lider Heydər Əliyev parkını ziyarət edib, onun büstü önünə güllər qoyaraq sayğı duruşunda dayanıblar.
Həmçinin parkda Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Nümayəndə heyətinin rəhbəri, səfərin təşkilatçısı Emin Həsənli çıxış edərək türk dünyasının hər iki lideri ümummilli lider Heydər Əliyev və qazi Mustafa Kamal Atatürkün dövlət quruculuğu istiqamətində göstərdikləri misilsiz fədakarlıqlardan geniş söhbət açıb.
Ceyhan Bələdiyyə sədri və digər rayon rəsmiləri qazilərlə görüşüb, qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
Ceyhan rayonundan sonra azərbaycanlı nümayəndə heyyəti Osmaniyəyə səfər edib. Onlar burada da rayon rəsmiləri tərəfindən böyük diqqətlə qarşılanıb.
Elgün Gəncimsoy, Bizim.Media
- A-
- A
- A+
Region
22:26 / 06.01.2023
Türkiyədə səfərdə olan Vətən müharibəsi qaziləri Ceyhanda OLDULAR - FOTO
Hazırda oxunan: Türkiyədə səfərdə olan Vətən müharibəsi qaziləri Ceyhanda OLDULAR - FOTO
Hazırda oxunan: Türkiyədə səfərdə olan Vətən müharibəsi qaziləri Ceyhanda OLDULAR - FOTO
113437
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.