Gürcüstanın qərbindəki Sameqrelo-Zemo Svaneti bölgəsindəki Martvili şəhərində Müqəddəs Məryəm kilsəsi qarət edilib.
Bizim.Media yerli KİV-lərə istinadla xəbər verir ki, məbədə pəncərədən daxil olan oğrular əsas ikonanı, gümüş şamdanları və ianə qutusundan xeyli pul aparıblar.
Qeyd edək ki, bu son 6 ayda ikinci kilsədir qarət olunur.
Bundan əvvəl, ötən il noyabrın 25-də Gürcüstanı şoka salan hadisə olmuşdu. İki nəfər Xaşuri bələdiyyəsinin Tsxramuxa kəndində monastıra girərək yaşlı rahibəyə hücum ediblər. Qadını hədələyərək ondan pul və qızıl-zinət əşyaları tələb ediblər.
Cinayətkarlar onların tələbini yerinə yetirməyən rahibəni döyüb və zorlayıblar. Sonra onlar ianə qutularını oğurlayaraq hadisə yerindən qaçıblar.
Bizim.Media
- A-
- A
- A+
Region
17:25 / 03.01.2023
Gürcüstanda daha bir kilsə qarət olundu
Hazırda oxunan: Gürcüstanda daha bir kilsə qarət olundu
Hazırda oxunan: Gürcüstanda daha bir kilsə qarət olundu
112944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.