2022-ci ilin son günlərində Türkiyənin paytaxtı Ankara şəhərində “Boz Qurdlar” təşkilatının rəhbəri, professor Sinan Atəş güllələnib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Sözçü” qəzeti yayıb.
Məlumata görə, evdən çıxan Atəş və onun yoldaşı Selman Bozkurt küçədə gözləyən motosikletli şəxslər tərəfindən atəşə tutulub. Bəzi KİV-lər Atəşin cümə namazından sonra məsciddən çıxarkən hücuma məruz qaldığını yazıb.
Qəzet qeyd edir ki, Sinan Atəş başından, Selman Bozkurt isə çiynindən yaralanıb.
Özəl xəstəxanaya yerləşdirilən Atəş orada dünyasını dəyişib. Hücum edənlər qaçıblar. “Habertürk” telekanalının məlumatına görə, 5 nəfər saxlanılıb.
Qeyd olunur ki, qətlin izləri İstanbula aparır. Hökumətə yaxın “Yeni Şafak” qəzeti şübhəlilərdən birinin etiraf etdiyini yazıb. Onun sözlərinə görə, guya bunu “pula görə ediblər”.
Sinan Atəş Bursada dəfn edilib yas mərasimində minlərlə insan iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
Region
15:19 / 03.01.2023
“Boz Qurdlar”ın lideri Sinan Atəşi kim öldürüb? - FOTO
Hazırda oxunan: “Boz Qurdlar”ın lideri Sinan Atəşi kim öldürüb? - FOTO
Hazırda oxunan: “Boz Qurdlar”ın lideri Sinan Atəşi kim öldürüb? - FOTO
112929
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.