İtkin düşən erməni hərbçisinin atasına 3 min dollar atdılar - VİDEO

Hazırda oxunan: İtkin düşən erməni hərbçisinin atasına 3 min dollar atdılar - VİDEO

11285

Ermənistan Milli Təhlükəsizlik Xidməti 3 min ABŞ dolları dələduzluq etməkdə şübhəli bilinən kişini saxlayıb.

Bizim.Media “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi yayıb.

Bildirilib ki, həmin şəxsin oğlu Azərbaycanın Qarabağ bölgəsində işğalçı Ermənistan ordusunun tərkibində döyüşən və itkin düşən valideyndən 3 min ABŞ dolları istəyib.

Dələduzluqda ittiham olunan şəxs deyib ki, oğlu Bakıda həbsxanadadır. O, Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqəsi olduğunu bildirib.

Dələduz deyib ki, oğlunu Azərbaycandan üçüncü ölkəyə göndərmək üçün xarici xüsusi xidmət orqanlarının əməkdaşlarına 3 min ABŞ dolları məbləğində rüşvət vermək lazımdır.

Bu şəxs hərbçi valideynindən vasitəçilik üçün 1000 ABŞ dolları istəyib. O, istədiyi məbləği hərbçinin atasından fevralın 5-də alarkən MTX əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin