Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları qətlə yetirilən uşağın ailə üzvlərini saxlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə çərşənbə axşamı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Nikolun həyatı və kreslosu – “Öz əli ilə öz başını üzəcək” - FOTO
Qeyd olunur ki, 7 fevral saat 12: 50-də Masis tibb mərkəzindən vəfat etmiş bir oğlanın (2019-cu il təvəllüdlü) onlara gətirildiyi siqnalı alınıb.
Uşağın ölümü faktı ilə əlaqədar cinayət işi başlanıb.
Müayinə zamanı uşağın bədənində xeyli qançır və cızıq izləri tapılıb. Yarılma zamanı geniş qanaxma aşkar edilib. Məhkəmə ekspertinin nəticəsinə görə, ölüm qapalı baş zədəsi nəticəsində baş verib.
Uşağın ailəsinin üzvləri - anası, ögey atası və ögey nənəsi tərəfindən xəsarət yetirilə biləcəyi barədə məlumat daxil olub.
İlkin məlumatlara görə, 2021-ci ilin yanvarından başlayaraq uşağa vaxtaşırı zərbə endirilib. 6 fevral 2021-ci il tarixdə saat 20: 00-da ögey atası uşağın aramsız səsindən yata bilmədiyindən onu döyüb. Uşağın sağlamlığı pisləşib, 7 fevralda nəzərəçarpacaq dərəcədə zəifləyib və sonra ölüb.
Uşağın anası, ögey atası və ögey nənəsi saxlanılıb. Hazırda istintaq davam edir.
Bizim.Media