Molla rejimi azərbaycanlı fəala 5 il həbs cəzası verdi

Hazırda oxunan: Molla rejimi azərbaycanlı fəala 5 il həbs cəzası verdi

112698

İrqçi fars-molla rejiminin Tehrandakı İnqilab Məhkəməsinin 15-ci bölməsi Azərbaycanın Sarab şəhərindən olan türk dili müəllimi Məhəmmədcavad Tərbiyət Mirkuhiniyə 5 il həbs cəzası verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Təbriz Turan TV” Telegram kanalı yayıb.

Azərbaycanlı milli fəalın barəsində qərar Tehran Apellyasiya məhkəməsi tərəfindən təsdiqləndikdən sonra İran Ali Məhkəməsinə göndərilib.
Hələlik azərbaycanlı milli fəala qarşı irəli sürülən ittihamlar barədə açıqlama verilmir.

Qeyd edək ki, Məhəmmədcavad Tərbiyət Mirkuhi 22 sentyabr tarixində Tehran şəhərinin İnqilab küçəsində rejimin məmurları tərəfindən yaxalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin