Rusiya Prezidenti Vladimir Putin hazırkı Avropa liderlərindən yalnız Serbiya Prezidentinə və Macarıstanın Baş nazirinə Yeni il təbriki göndərib.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, Kremlin saytında Rusiya Prezidenti Vladimir Putinin Milad və Yeni il bayramları münasibətilə xarici dövlət və hökumət başçılarına təbrikləri dərc edilib.
Məlumata görə, Avropa liderlərindən yalnız ikisi - Serbiya Prezidenti Aleksandar Vuçiç və Macarıstanın Baş naziri Viktor Orban təbrik olunan liderlər arasında yer alıb.
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya prezidentinin ABŞ, Fransa və Almaniya liderlərini Yeni il münasibətilə təbrik edib-etməyəcəyi ilə bağlı jurnalistlərin suallarına aydınlıq gətirib:
“Hazırda onlarla heç bir əlaqəmiz yoxdur. Prezident adıçəkilən ölkə liderlərinin qeyri-dost hərəkətlərini nəzərə alaraq onları təbrik etməyəcək”.
Bizim.Media
- A-
- A
- A+
Region
23:09 / 30.12.2022
Putin yalnız 2 ölkənin başçısına YENİ İL TƏBRİKİ göndərdi
Hazırda oxunan: Putin yalnız 2 ölkənin başçısına YENİ İL TƏBRİKİ göndərdi
Hazırda oxunan: Putin yalnız 2 ölkənin başçısına YENİ İL TƏBRİKİ göndərdi
112550
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.