11 yaşında nişanlanan qızın valideynləri həbs edildi - RƏSMİ

Hazırda oxunan: 11 yaşında nişanlanan qızın valideynləri həbs edildi - RƏSMİ

11253

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Poniçala (Soğanlıq) kəndində 11 yaşlı azərbaycanlı qızın nişanlanması ilə bağlı sosial şəbəkələrdə yayılan video ilə əlaqədar istintaqa başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan DİN Mətbuat Xidməti məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

11 yaşlı qıza nişan edən valideynləri azı 7 il həbs gözləyir – GÜRCÜSTAN QANUNVERİCİLİYİ


Məlumatda qeyd olunub ki, istintaq Gürcüstan Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayanın evlənməyə məcbur edilməsini nəzərdə tutan maddə ilə başladılıb.

“Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Yeniyetmələrlə İş üzrə Baş İdarəsi müvafiq video yayıldıqdan dərhal sonra reaksiya verib və Gürcüstan Cinayət Məcəlləsinin azyaşlının evlənməyə məcbur edilməsini nəzərdə tutan 150-ci maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən istintaqa başlayıb.

Yayılan video materialda qeyd olunan cinayət hallarının müəyyənləşdirilməsi məqsədi ilə bütün müvafiq istintaq və prosessual tədbirlər aparılır”, - deyə məlumatda bildirilib.

Həddi-buluğa çatmayan qızın valideynləri dindirilməsi üçün həbs edilərək polis məntəqəsinə gətirilib. Dindirilmədən sonra onlar sərbəst buraxılıb. Hazırda istintaq işləri davam etdirilir.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin