Armen Qriqoryanın Rusiya ilə bağlı təxribat xarakterli bəyanatının DETALLARI ÜZƏ ÇIXDI

Hazırda oxunan: Armen Qriqoryanın Rusiya ilə bağlı təxribat xarakterli bəyanatının DETALLARI ÜZƏ ÇIXDI

112255

“Ermənistan İctimai Televiziyasının efirində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son bəyanatı Paşinyana məxsus “Vətəndaş müqaviləsi” partiyasının üzvlərini də təəccübləndirib. Bu, “etibarlı mənbə”nin və ya sıravi vətəndaşın deyil, gizli danışıqlar haqqında informasiyası olan yüksək vəzifəli məmurun ağzından çıxıb”.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Hraparak” qəzetində yerləşdirilib.

“Armen Qriqoryan dekabrın 26-da bəyan edib ki, Rusiya Ermənistanı Azərbaycana dəhliz verməyə, Rusiya-Belarus İttifaq Dövlətinə daxil olmağa məcbur edir və bu səbəbdən Laçın dəhlizi bağlanıb.
Parlamentin hakim fraksiyasındakı mənbəmiz qeyd edib ki, ötən həftə Nikol Paşinyanla qapalı görüş keçiriblər və orada Laçın dəhlizindəki vəziyyəti müzakirə ediblər, lakin Rusiyadan, xüsusən də ittifaq dövləti tərəfdən hər hansı məcburiyyətdən söz açılmayıb.

Mənbəmiz bildirib ki, əsasən müzakirə predmeti Belarus prezidenti Aleksandr Lukaşenkonun bəyanatı olub.

Xatırladaq ki, bir neçə ay əvvəl Lukaşenko kifayət qədər xoşagəlməz ifadələrlə Ermənistanın geosiyasi seçiminin imkanlarına toxunaraq, İttifaq Dövlətindən, eləcə də gələcəkdə postsovet məkanında mümkün yeni inteqrasiyadan danışaraq demişdi ki, "Ermənistanın getməyə yeri yoxdur”.

Sonra əlavə edib: "Sizcə, bunlar (Ermənistanı nəzərdə tutur) kiməsə lazımdır? Nikol Vovayeviç (Paşinyan) bunu görüb".

“Vətəndaş müqaviləsi”nin qapalı müzakirəsində hətta belə bir fərziyyə irəli sürülüb ki, bəlkə İttifaq Dövlətinə qoşulmaq Ermənistan üçün xilas yoludur, lakin Paşinyan buna reaksiya verməyib. 
Xatırladaq ki, Armen Qriqoryan müsahibəsində Laçın dəhlizinin bağlanmasına görə bütün məsuliyyəti və günahı Rusiyanın üzərinə qoyub.

Putinin sözçüsü Dmitri Peskov isə irəvanlı məmurun dediklərini təxribat adlandırıb. Hakim partiyanın qeyri-Soros qanadı isə Peskova dəstək ifadə edib”, deyə nəşr yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin