Gürcüstanın Soğanlıq kəndində 11 yaşlı qızın valideynləri tərəfindən nişanlanması hadisəsini Gürcüstan höküməti diqqətinə götürüb.
Bu barədə Gürcüstanın Ombustman Aparatının mətbuat xidmətinin rəhəbri Ani Tamazaşvili Bizim.Media-ya özəl açıqlamasında deyib:
MÖVZU İLƏ BAĞLI:
11 yaşlı qızını nişanlayan valideyni hansı cəza gözləyir? - AÇIQLAMA - VİDEO
“2021 ci il 8 Fevral tarixində Gürcüstanın Xalq Müdafiəçisi Bürosuna, iddia edilən erkən nikah hadisəsi haqqında məlumat daxil olub. Həmin andan Gürcüstanın İctimai Müdafiə Ofisi işi araşdırmağa başlayıb. Hadisə ilə bağıə İdarə Daxili İşlər Nazirliyinə və Uşaq Baxımı Dövlət Agentliyinə müraciət edilib. Araşdırmadan sonra ətraflı məlumat veriləcək”.
Xatırladaq ki, bu gün sosial şəbəkədə Gürcüstanın Soğanlıq kəndində olan 11 yaşlı qızla 15 yaşlı oğlanın nişan mərasimindən çəkilən görüntülər yayılıb.
Mövzu cəmiyyətimizin müxtəlif statusunda olan insanları tərəfindən ciddi müzakirələrə səbəb olub.
Gülşanə Mustafayeva, Bizim.Media