Generalların üstünə qışqıran Akopyanı və onun oğlunu Qarabağda 30 zabit qoruyub - Qabrelyanov

Hazırda oxunan: Generalların üstünə qışqıran Akopyanı və onun oğlunu Qarabağda 30 zabit qoruyub - Qabrelyanov

11191

“29 yaşlı Arqişti Karamyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) 30 zabiti ilə Qarabağa gəlib. Paşinyanın MTX rəhbəri qarşısında qoyduğu əsas vəzifə həyat yoldaşı və oğlunun təhlükəsizliyini təmin etmək idi.

Rollar aşağıdakı şəkildə paylanıb. Anna Akopyanın şəxsi müdafiəsinə əlavə olaraq ətrafda 10 nəfər tam təchiz olunmuş xüsusi qüvvə dolaşıb.

“Qarabağın xüsusi təyinatlıları” MTX zabitlərinin belə silahlarla təchiz olunduğuna təəccübləniblər. Daha on nəfər Paşinyanın oğlunu qoruyub. Qalanları daim Arqiştinin sərəncamında olub”.

Bizim.Media xəbər verir ki, bu fikirləri rusiyalı jurnalist, "İzvestiya" qəzeti redaksiyasının idarə heyətinin sədri Aram Qabrelyanov Telegram kanalında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya razılaşıb: “Paşinyan 10 noyabr sazişinin qarantıdır” – ŞƏRH


“Qalmaqal o vaxt yaranıb ki, general Movses Akopyan sərt şəkildə Nikolun arvadından bunkerdən çıxmağını tələb edib.

Səbəb kimi isə çox gizli hərbi əməliyyatın müzakirə olunduğu deyib. Bundan əvvəl, bir neçə dəfə Anna Akopyan açıq şəkildə generalları danlayıb və onlara qoşunlara necə rəhbərlik etməyi öyrətməyə çalışıb.

Movses Akobyan buna dözməyib və qadından qərargahdan çıxmasını istəyib.

Bundan dərhal sonra Akopyanın mühafizəçiləri onu sakitləşdirməyə çalışıblar. Lakin sərxoş olan qadın Nikola zəng edərək söyüş söyüb və bildirib ki, “necə kişisən ki, hansısa zibil sənin arvadını təhqir edir”.

Paşinyan arvadı ilə danışdıqdan beş dəqiqə sonra Karamyana zəng edib və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərindən general Akopyanın tutulmasını və qandallı şəkildə İrəvana gətirilməsini tələb edib. 

Karamyan məsələni həll etmək üçün qondarma rejimin “rəhbəri”nin yanına gedib. Bərk qorxuya düşən Araik Arutyunyan məsləhətləşmək üçün iki generalı yanına çağırıb.

Generallar heç kimin belə bir əmri yerinə yetirməyəcəyini, əksinə Karamyan və bütün mühafizəçilərinin həbs ediləcəyini söyləyiblər.

Araik Paşinyanın əmrini yerinə yetirməkdən imtina edib və bunu Arqiştiyə bildirib. Karamyan titrəyən bir səslə Nikola bildirib ki, general Akopyanın həbs olunması əmrinin yerinə yetirilməsi mümkün deyil.

Paşinyan MTX-nın gənc rəhbərinə qışqıraraq “sən kişi deyilsən” sözlərini deyib.

Bundan sonra döyüşən ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin vəzifəsindən azad edilməsi barədə bir fərman verilib” deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin