Ermənistanın baş naziri Nikol Paşinyan Laçın dəhlizi ilə bağlı Kreml qarşısında şərt qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya ermənilərə məxsus Telegram kanallarında yer alıb.
Paşinyan qeyd edib ki, yanvarın 10-na kimi Laçın dəhlizi məsələsi həll edilməsə, Ermənistan 2023-cü ilin sonunda KTMT və MDB üzvlüyündən çıxmağı nəzərdə tutur.
Qeyd edək ki, İrəvanın bu qurumlarda üzvlüyü 2023-cü ildə başa çatır.
Xatırladaq ki, rəsmi Moskva mövzu ilə bağlı açıqlama verməyib.
Bizim.Media