Anna Akopyanın paylaşımı erməni mediasında soyuq duş effekti yaratdı - FOTOFAKT

Hazırda oxunan: Anna Akopyanın paylaşımı erməni mediasında soyuq duş effekti yaratdı - FOTOFAKT

111586

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan Vardanyanın Xankəndidə mitinq çağırışını pisləyib və qeyd edib ki, separatçılar uşaqları “Laçın dəhlizinin açılması” tələbi ilə aksiyalarda iştirak etməyə məcbur edirlər. Ölkənin 1-ci ledisinin bu paylaşımı erməni mediasında sanki soyuq duş effekti yaradıb. Ancaq yenə də onun bu paylaşımına müxtəlif don geyindirərək guya 2020-ci ildə yazıldığını iddia edirlər.

Bizim.Media xəbər verir ki, ancaq Akopyanın Facebook səhifəsinə yenidən baş vuranda görərik ki, paylaşım bu gün 8 saat öncə yazılıb və silinməyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Paşiniyanın arvadı Rusiya vətəndaşlığı alıb” – S.Baqdasaryan - VİDEO


Həmin paylaşımın kopyasını sizə təqdim edirik.

Yeri gəlmişkən, Vardanyan ətraf kəndlərin əhalisini Xankəndidəki mitinqə çatdırmaq üçün avtobuslar ayırmışdı. Aksiyanın hər bir iştirakçısına 30-40 dollar verilmişdi, çəkiliş üçün pulsuz internet paketləri paylanılmışdı.

Qeyd edək ki, 14-cü gündür ki, Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhəri yaxınlığında, Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin əraziyə buraxılmamasına etiraz olaraq aksiya keçirirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin