Fevralın 20-də Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə İrəvanda növbəti etiraz aksiyası keçiriləcək.
Bizim.Media erməni mətbuatına istinadla xəbər verir ki, bununla bağlı Daşnaksütyun Partiyası Ali Şurasının nümayəndəsi, “Vətənin qurtuluşu hərəkatı”nın əlaqələndiricisi İşxan Saqatelyan feysbukda paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
İrəvanda Paşinyanın istefa tələbləri yenidən qızışdı
Məlumata görə, mitinq yerli vaxtla saat 15:00-da Azadlıq meydanında başlayacaq.
Saqatelyan bildirib ki, Paşinyan seçkilər yolu ilə kürsüsünü xilas edə bilməyəcək. partiya nümayəndəsinin fikrincə, baş nazirin komandasında ciddi problemlər olacaq.
Bizim.Media